Şəhidimizin məzarı üzərində “Qalatasaray” bayrağı asıldı

0
108

Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəyi yerinə yetirilib.

Qax rayonundan olan Fərid “Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı, “Qalatasaray”ımın bayrağını da asarsınız” deyib.

Şəhidin istəyini yerinə yetirən dostları onun məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, “Qalatasaray” bayrağı da asıblar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!