Rusiya peyvəndi bu qiymətə satılacaq

0
76

Rusiya tərəfindən koronavirusa qarşı hazırlanan “Sputnik V” peyvəndinin qiymətinin “Pfizer”, “BioNTech” və “Moderna” şirkətlərinin peyvəndlərinin dəyərindən xeyli aşağı olacağı açıqlanıb.

Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu açıqlama verib.

Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya İnstitutu tərəfindən hazırlanan peyvəndin qiymətinin gələn həftə açıqlanacağı bildirilir.

ABŞ dərman şirkəti “Pfizer” tərəfindən hazırlanan peyvəndin qiymətinin 19,5 dollar, “Moderna” peyvəndinin qiymətinin isə 25-37 dollar olduğu qeyd edilib.