“Prezidentin yanında olan qüvvə İctimai Nəzarət Koalisiyasıdır”

0
74

İctimai Nəzarət Koalisiyasının İsvecrə nümayəndəliyinin rəhbəri Hakan Sarı və 15 nəfərdən ibarət nümayəndə heyyəti Mərkəzi Qərargahda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mir Cəlal Paşayev adına Mədəniyyət evində pandemiya qanunlarına uyğun olaraq görüş kecirtdi. Tədbirdə Milli Məclisinin deputatı, professor Elmar Nəsirov qonaqlarla onlayn görüş keçirtdi.Görüş zamani millət vəkili ictimai nəzarət fəlsəfəsi haqqında öz fikirlərini qonaqlarla bölüşdü:

“İctimai Nəzarət Koalisiyasının bu günə qədər gördüyü hər bir iş təqdirəlayiqdir.Bu gün keçirilən tədbirlə yanaşı İNK çoxsaylı tədbirlər təşkil etmişdir.Sevindirici hal ondan ibarətdir ki,bu gün artıq biz hər birimiz bu tədbirdə qalib ölkənin qalib vətəndaşları olaraq iştirak edirik.Cənab Ali Baş Komandanın və onun rəşadətli ordusunun məğlubedilməzliyi bu gün bizim böyük qürur isə ilə bu tədbiri təşkil etməmizə vəsilə olmuşdur.İctimai Nəzarət Koalisiyasından danışdıqda onu qeyd etməliyəm ki, təşkilat hər zaman Cənab İlham Əliyevin tapşırıqlarına layiqincə əməl etmiş, xalqın maariflənməsi yönündə uğurlu addımlar atmışdır.İlham Əliyev cənabları da hər zaman qeyd edir ki, dövlət o zaman uğurlu olur ki, dövlətlə ictimaiyyət arasında bağlılıq olsun.Bu bağlılığın yaradılmasında isə INK-nın rolu böyükdür.Bu təşkilatın var olduğu müddətcə dövlətin əleyhinə iş görən, namərd insanlar, qeyri-qanuni hərəkətləri ilə dövlətin birliyi sarsıtmaq istəyən hər kəs ehtiyat etməlidir.Bu kimi dövlətin əleyhinə addım atmaq istəyən hər bir şəxs ictimai qınaq obyektinə çevriləcəyini anlamalı və bu əməllərindən əl çəkməlidir.Çünki İNK bu cür halların qarşısının alınması yolunda qabaqcıl addımları ilə seçilən təşkilatdır.
Bəli,İlham Əliyev hər bir çıxışında İcra Başçıları ilə görüşündə bir məqamı da vurğulayır ki,siz xalqa xidmət etməlisiniz.Bu sizin vəzifənizdir.Prezident bütün çıxışlarında məmurlara, deputatlara tapşırır ki, işinizi layiqincə həyata keçirin.İnsanları işlə təmin edin, onların güzəranını yaxşılaşdırın.
Məncə bu tapşırıqlara məsuliyyətli şəkildə əməl edən və hər zaman Prezidentin yanında olan qüvvə İctimai Nəzarət Koalisiyasıdır.”

“ictimainezaret.info”