Nazir müavini: “Molla Pənah Vaqifin məqbərəsini yenidən bərpa edəcəyik”

0
50

“28 il Şuşa erməni vəhşiləri tərəfindən girov götürülmüşdü”.
Bunu Birinci Fəxri Xiyabanda Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov bir qrup mədəniyyət və incəsənət xadimi ilə birgə Ulu Öndərin və Qarabağ – Şuşadan olan dahilərimizin məzarlarını ziyarət edərkən deyib.
A.Kərimov vurğulayıb ki, Şuşanın ruhu tapdalanmışdı:
“Ulu öndər Heydər Əliyevin, Şuşada doğulan dahilərimizin ruhları şad olsun ki, Qarabağ işğaldan azad olunur. Şuşanın mədəniyyətini, ruhunu bərpa edəcəyik”.
“Molla Pənah Vaqifin məqbərəsini yenidən bərpa edəcəyik. Bütün tədbirləri qeyd edəcəyik. Muğamı, solan xalça rənglərini bərpa edəcəyik”, – o bildirib.