Kəlbəcər sakinlərinin qayıdış sevinci: Üç yaşında tərk etdiyi evinə üç yaşlı oğlu ilə dönəcək – VİDEO

0
74

“İnanın Allaha ki, Kəlbəcərə qayıtmamaq düşüncəsi heç zaman olmayıb. Biz hər bir şeyi edəndə Kəlbəcərə qayıtmaq düşüncəsi ilə etmişik”.

Bu sözləri Kəlbəcər rayon sakini İsmayılov Vaqif Kəlbəcər həsrətindən danışarkən deyib.

Rayonun digər sakini İsmayılova Suqra isə vurğulayıb ki, o, rayondan 40 yaşında çıxıb: “Dolu evimizdən heç paltarlarımızı belə götürmədik. Kəlbəcər hər tərəfdən səfalı idi. Bitkisi, suyu dərmandır. İstisunun adı bütün dünyada məşhurdur”.

Sözügedən verilişi təqdim edirik: