Fransa polisindən kobudluq: Qaçqınları qovdu, jurnalistlərə hücum etdi – VİDEO

0
84

Fransada polis jurnalistlərə hücum edib.

Polis xüsusi əməliyyat keçirərək, Parisin mərkəzinə toplaşan qaçqınları qovur.

Jurnalistlər həmin hadisələri kameraya çəkən zaman polislərin hücumuna məruz qalıblar.

Nəticədə, media nümayəndələrinin avadanlıqları sındırılıb, onların bəziləri həkimə müraciət etməli olublar.

Qeyd edilir ki, Fransada yeni qanun layihəsinə əsasən, jurnalistlərə işini icra edən polisləri videoya çəkmək qadağandır. Sözügedən qanun isə hələ qəbul edilməyib