Ermənistan ordusunun acınacaqlı vəziyyəti – VİDEO

0
135

İkinci Qarabağ müharibəsi bitsə də, Ermənistanda ordu ilə bağlı problemlər səngimir.

“Müharibə bitsə də ay yarım döyüşən əsgərlər bu gün ölkənin hərbi-siyasi rəhbərliyinin biganəliyi ilə üz-üzə qalıblar. Hökumətin əsgərlərə göstərdiyi acınacaqlı münasibəti əks etdirən görüntülər yayılıb. 44 gün davam edən müharibədən sonra bir çox hərbçi, o cümlədən çox sayda yaralı çağırışçı heç bir şəraiti olmayan yerdə yatır. Əsgərlərin qaldığı binalarda istilik və elektrik yoxdur. Hətta onlar beton üzərində yatırlar. Bu, hakimiyyətimizin təhlükəsizliyimizin qarantı olan əsgərə olan münasibətidir”, – deyə erməni mətbuatı yazıb.