Eldar Əzizov 2 məmurun vəzifəsini dəyişdi

0
57

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini Seyidov Mirdaməd Mirhüseyn oğlunu vəzifəsindən azad edib.
E.Əzizovun müvafiq əmri ilə, Mirdaməd Seyidov Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktorunun müavini təyin olunub.
Bakı meri Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Yusif Xəlilovu vəzifəsindən azad edərək, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini təyin edibmiş.