Dövlət agentliyi 2,2 milyon manatlıq sifariş verib

0
90

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi elan etdiyi açıq tenderə yekun vurub.

Agentlik bu istiqamətdə “Lotus Co” Qapalı Səhmdar Cəmiyyəti ilə artıq müqavilə bağlayıb.

Belə ki, müqavilə şərtlərinə əsasən şirkət tərəfindən tender üzrə nəzərdə tutulan maşın və avadanlıqların təmin edilməsinə 2 milyon 206 min 610 manat sərf olunacaq.

Qeyd edək ki, “Lotos Co. LTD” şirkəti 1995-ci ildə Bakıda təsis edilib və şirkət torpaq qazma işlərində ixtisaslaşıb.