Abşeronda güclü partlayış – VİDEO

0
444

Abşeron rayonunda dəmir konstruksiyaların emalı sexində partlayış olub.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. 

O bildirib ki, hadisə barədə FHN çağrı mərkəzinə daxil olan müraciətdən dərhal sonra əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin briqadaları göndərilib:

“Hadisə rayonun Novxanı yolunda – yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir-beton konstruksiya emalı sexində baş verib. Sexdə yanğınla nəticələnən partlayış qeydə alınıb. Əraziyə cəlb edilən Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə yanğın söndürülüb, təhlükəsizlik tam təmin olunub”.

Hadisə nəticəsində 36 yaşlı kişi yüngül xəsarət alıb.

İlkin məlumata görə, ona yuxarı ətrafın zədələnməsi diaqnozu qoyulub.  https://www.youtube.com/embed/djywjix3aLg