Xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri üçün brifinq keçirilib – VİDEO

0
31

Müdafiə Nazirliyində cəbhədəki son vəziyyətlə bağlı brifinq keçirilir.

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Aparatının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov Bərdəyə raket hücumu və erməni terroru ilə bağlı son məlumatları təqdim edib.