Telefon təmiri xidmətlərində fırıldaqçı sxemlər açıqlandı

0
99

 

Qeyri-rəsmi telefon təmiri xidmətlərində xüsusi aldatma sxemləri mövcuddur. Ən çox rast gəlinən hal smartfonun diaqnostikasından sonra cihazın müəyyən hissələrinin işləməyən detallara dəyişdirilməsi və müştəriyə böyük faktura çıxarmaq üçün ciddi problem barədə məlumat verilməsidir.

Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bu barədə xəbərdarlıq edib.

O, həmçinin akkreditə olunmayan xidmətlərin tez-tez orijinal qadjet hissələrini ucuzları ilə əvəzləməsi barədə də xəbər verib.

“Apple tərəfindən akkreditə olunmayan xidmətlərdə orijinal batareyalar və ya digər ehtiyat hissələri olmayacaq; yalnız üçüncü istehsalçıların analoqları olacaq, baxmayaraq ki, ustalar sizə bunun əksini sübut etmək istəyəcəklər”, – deyə Qritsenko vurğulayıb.

Ayrıca, vicdansız şirkətlər müştərinin razılığı olmadan bir sıra işlər görə və bunun müqabilində də pul tələb edə bilərlər. Bu şəkildə müştəri ödəməni rədd edə bilmir.

“Xidmət mərkəzində iş üçün “Apple ID” və ya “Google” hesabından şifrələr lazım deyil. Əgər müştəridən bu məlumatlar tələb olunsa, çox güman ki, burada fırıldaq var: Cihazı yenidən satmağı və ya şəxsi məlumatlarınıza giriş əldə etməyi planlaşdırırlar”, – deyə mütəxəssis vurğulayıb.

Bu cür problemlərin qarşısını almaq üçün Qritsenko rəsmi xidmət mərkəzlərinə müraciət etməyi məsləhət görür.