Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini iki həftəlik dayandırıb

0
91

Rusiyanın Ermənistandakı səfirliyinin fəaliyyəti dayandırılıb.

Bu barədə səfirliyin “Facebook” səhifəsində qeyd edilir.

Bildirilir ki, Ermənistandakı epidemioloji vəziyyətlə əlaqədar səfirliyin fəaliyyəti iki həftəlik dayandırılır.

Qeyd edək ki, Ermənistanda son sutka ərzində 2 241 nəfər koronavirusa yoluxub, bununla da virus aşkar edilənlərin sayı 82 651 olub.