“Qarabağ”ın baş məşqçisi: “Türkiyədə oynamaq üçün israr etdik”

0
27

Ağdamın “Qarabağ” futbol klubu Avropa Liqasının növbəti qrup oyununda “Vilyarreal”ı qəbul etmək ötən gün İstanbul şəhərinə yollanıb.

Xatırladaq ki, UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi və Azərbaycan millisi ölkədəki vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirməlidir.

Türkiyənin “Sabah” nəşri xəbər verir ki, klubun baş məşqçisi Qurban Qurbanov aeroportda mətbuata qısa açıqlama verib.

“Qardaş ölkəyə sevə-sevə gəldik. Bizə başqa ölkələrdə, başqa meydançalarda oynamaq variantları da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik”, – deyə Q.Qurbanov bildirib.

Qeyd edək ki, “Qarabağ” – “Vilyarreal” oyunu oktyabrın 29-da İstanbul şəhərində keçiriləcək.