Prezidentin köməkçisi: “Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb”

0
430

“Ermənistan etdiyi hərəkətə görə döyüş meydanında cəzalandırılır. Bütün cəbhə xətti boyunca Azərbaycan düşmənin layiqli cavabını verir, cinayətlərin törədilməsi barədə əmr verən düşmənin hərbi komandirləri bir-bir məhv edilir”.Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Xocalı soyqırımını törədənlərin çoxunun cavabını Azərbaycan ordusu verib:

“Artıq mətbuatda da məlumat var ki, qondarma rejimin “müdafiə naziri” artıq cəhənnəmə yola salınıb:

“Digərləri də öz paylarını alacaqlar”.