Prezidentin köməkçisi “El Mundo”ya danışdı: “Biz bu münaqişəni sonrakı nəsillərə ötürə bilmərik”

0
370

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İspaniyanın “El Mundo” qəzetinə müsahibə verib.

O, “Twitter” hesabında bu barədə paylaşım edib.

H.Hacıyev xarici jurnalistin ona verdiyi “Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ ərazisində hərbi vəziyyətə nəzarət etmələri üçün sülhməramlıların yerləşdirilməsi ilə bağlı təklifinə münasibətiniz necədir?” sualını cavablandırıb.

Azərbaycan hərbi əməliyyatları başqa ölkənin ərazisində deyil, öz suveren ərazisində aparır. Biz hesab edirik ki, hazırda bizim belə bir şeyə ehtiyacımız yoxdur. Lazım olan BMT Təhlükəsizlik Şurasının qətnamələri tərəfindən tanınan ərazilərimizin Ermənistan tərəfindən işğalına təsir etməkdir, hansı ki, biz bu işğaldan əziyyət çəkirik.

Əvvəlcə Ermənistan Silahlı Qüvvələri ərazidən çəkilməlidir. Bundan sonra sülhməramlılar barədə danışa bilərik. Hazırda bunun zamanı deyil. Biz bu münaqişəni sonrakı nəsillərə ötürə bilmərik”, – deyə Prezident köməkçisi cavab verib.