NASA Ayda suyun olduğunu təsdiqlədi – VİDEO

0
395

Amerika Birləşmiş Ştatları Milli Aviasiya və Kosmik İdarəsinin (NASA) rəhbəri Cim Braydenstayn Ayda suyun olduğunu təsdiqləyib.

Qurumun rəhbəri bu barədə öz “Twitter” hesabında bildirib.

“Biz ilk dəfə olaraq Ayın Günəş səthində suyun olduğunu təsdiqlədik”, – deyə o əlavə edib.

Mütəxəssis bu məlumatların “Boeing” təyyarəsi əsasında yaradılan “SOFİA” stratosfer laboratoriyasının köməyi ilə əldə edildiyini açıqlayıb.

“Bunu hələ bir qaynaq olaraq istifadə edə biləcəyimizi bilmirik”, – deyə o əlavə edib.

NASA rəhbəri Yerin təbii peykində mayelərin araşdırılmasının “Artemis missiyası”nın əsas vəzifəsi olduğunu qeyd edib.