İşğal altında olan daha bir neçə rayonların azad edilməsi üçün böyük imkanlar açılıb – VİDEO

0
98

Ali Baş Komandanın ilk müjdəsini verdiyi məhz bu yüksəkliklər şanlı ordumuzun yolunu üzü Qarabağa doğru bir az da genişləndirəcək.

Bunu Azərbaycanın Milli Qəhrəmanı, istefada olan polkovnik-leytenant Vahid Quliyev deyib.

O bildirib ki, Kiçik Qafqazın cənub yamacında yerləşən bu yüksəkliklər sayəsində Azərbaycan Ordusu Şuşa, Əsgəran, Xocalı, Qubadlı, Zəngilan, Laçın, həm də Xocavənd istiqamətində çox asanlıqla hərəkət edə bilər.

Vahid Quliyevin sözlərinə görə, Ağdama doğru uzanan bu dağ silsiləsinin üstündə və ətəyində Xocavənd rayonu , onun kəndləri, həmçinin Hadrut yerləşir.

Vahid Quliyevin sözlərinə görə, Cəbrayıl istiqamətində ələ keçirdiyimiz strateji yüksəkliklər imkan verəcək ki, düşmənin gediş-gəliş, o cümlədən, təminat-təchizat yolları da Azərbaycan Ordusunun nəzarətində olsun.