İllərlə bir ovuc vətən torpağı ilə təsəlli tapan müəllimin həsrəti sona çatdı – VİDEOREPORTAJ

0
402

Ramiz Yunusov Xocəvənd rayonun Tuğ kəndindəndir. 30 il əvvəl kəndin lap yaxınlığında yerləşən Hadrut qəsəbəsindəki məktəbdə tarix müəllimi işləyib.

Bir neçə  gün əvvələdək Ramiz dayı Hadrutdan gətirdiyi bir ovuc torpaqla təskinlik tapırdı.

O torpaqla ki, neçə illər ailəsindən, doğmalarından gizli saxlayıb, təklikdə ətrini qoxlayıb, bir gün yenə o yerlərə  qədəm qoyacağı günün xəyalını qurub.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 9-da Hadrut qəsəbəsinin işğaldan azad olunduğunu elan edib.