Ermənilər Daşkəsəni atəşə tutdu: Meşədə yanğın başladı – VİDEO

0
145

Erməni silahlı qüvvələri humanitar atəşkəsi pozaraq, Daşkəsənə hücum ediblər.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında məlumat yayıb.

O bildirib ki, nəticədə meşə massivində yanğın başlayıb:

“Yanğının söndürülməsi istiqamətində iş aparılır. Ermənistanın ekoloji terrorunun mənfi nəticələrini minimuma endirmək üçün işlər davam etdirilir.

Xoşbəxtlikdən sakinlər arasında itki yoxdur”.