Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi – SİYAHI

0
115

Oktyabrın 18-də gün ərzində və 19-na keçən gecə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, iki ədəd T-72 tankı, iki ədəd BM-21 “Qrad” YARS, bir ədəd D-30 və bir ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.