Dünya Bankı inkişaf etməkdə olan ölkələrə 12 milyard dollar ayırdı

0
66

Dünya Bankının İdarə Heyəti inkişaf etməkdə olan ölkələrə COVID-19-a qarşı peyvənd, həmçinin test və dərman almaq üçün 12 milyard dollar ayrıldığını təsdiqləyib.

Bu barədə bankın saytında qeyd edilir:

“Dünya Bankının İdarə Heyəti bu gün inkişaf etməkdə olan ölkələr üçün COVID-19 peyvəndlərinin satın alınması və paylanması, vətəndaşları üçün testlər və müalicə xərclərinin ödənməsi üçün 12 milyard dollarlıq paketi təsdiqləyib”.

Bildirilir ki, bu vəsait inkişaf etməkdə olan ölkələrə koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün nəzərdə tutulan 160 milyard dollarlıq təcili yardım paketindən ayrılacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here