Azərbaycanda daha 52 şagirddə koronavirus aşkarlanıb

0
457

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı bu günə olan vəziyyəti açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı iki olub.

Həmçinin koronavirusa yoluxan şagird sayı 52, işçi heyətinin sayı isə 16 olub.