2025-ci ildə Azərbaycanda ÜDM həcmi 54,74 milyard dollar olacaq

0
354

2025-ci ildə Azərbaycanda ümumi daxili məhsulun dəyəri 54,74 milyard ABŞ dolları həcmində olacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund) Azərbaycanla bağlı proqnozunda məlumat verilib.

2025-ci ildə ÜDM həcmində 1,7 faiz artımın olması gözlənilir. Adambaşına düşən ümumi daxili məhsulun dəyəri isə 4,12 min ABŞ dolları olacaq.

İnflyasiya səviyyəsinin 3,2 faiz olacağı, işsizlik səviyyəsinin isə 6,5 faizdən 5,5 faizə enməsi gözlənilir.

Məlumatda qeyd edilib ki, 2025-ci ildə ölkədə əhalinin sayı 10 milyon 720 min olacaq.