Yaxın illərdə süni zəka proqramçıları əvəz edə bilər

0
397

Növbəti 10 ildə proqramçı peşəsi əhəmiyyətli dərəcədə dəyişəcək, bir çox İT mütəxəssisləri isə yerlərini özlərinin hazırladığı proqrama təhvil vermə riski ilə üzləşəcək.

Bildirilir ki, yaxın gələcəkdə sadə işlər süni intellektlə görüləcək. Bu da proqramçıların tələbatda qalmaq üçün təhsillərinə daha çox diqqət yetirməli olacaqlarını göstərir.

Mütəxəssislər həmçinin hesab edirlər ki, yaxın 10 ildə avtomatizator və testçi ixtisası da yoxa çıxacaq. “Front end” və “Back end” tərtibatçılarını isə bir mütəxəssis – “full stack” əvəz edəcək.