ÜST koronavirusun ağır formasının müalicəsi üçün effektiv preparatın adını açıqladı

0
185

Kortikosteroid deksametazon” preparatı koronavirusa yoluxanlar arasında ölüm faizini aşağı sala bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verib.

Təşkilat nümayəndələri koronavirusu ağır keçirən xəstələrin müalicəsində “kortikosteroid”in sistematik istifadəsini tövsiyə edib.

Eyni zamanda qurum bu terapiyanın xəstəliyi yüngül keçirənlər üçün uyğun olmadığı barədə xəbərdarlıq edib.