Türk generaldan F-35 açıqlaması: ABŞ-dan idarə olunur

0
166

Yunanıstana tövsiyə edirəm ki, qaça-qaça gedib F-35 qırıcıları alsınlar.

Bunu Türkiyənin ehtiyatda olan generalı Bəyazid Qaradaş qatıldığı verilişdə deyib.

“Türkiyə S-400 müdafiə sistemlərini aldıqdan sonra ABŞ-la arasında gərginlik yaşandı. Yunanıstan bu fürsətdən istifadə edərək F-35 almaq istədiyini bildirdi. F-35-lə bağlı fikirlərimizi deyəcəyəm. ABŞ “Türkiyə mənim yaxın tərəfdaşımdır. Ona görə qırıcıları almaq üçün dəvət göndərdik” dedi. Ancaq bir məsələ var ki, F-35 sistemi logistika baxımından sizi ABŞ-dan asılı edir. Yəni qırıcılarla bağlı bütün proses kompüter sisteminə daxil edilib. Sistemə daxil olmaq üçün kompüteri açdığınız zaman istifadəçi adı və parol istəyir. İstifadəçi adı və parolu yazdıqda məlumatlar birbaşa ABŞ şirkətinə ötürülür. ABŞ da qırıcıları idarə edir. Mən burdan yunanlara səslənirəm: İndi qaça-qaça gedib F-35 qırıcıları alın”, – general bildirib.