“Traktor” azərkeşlərindən Azərbaycana dəstək şüarları: “Qarabağ bizimdir, bizim olacaq!” – VİDEO

0
265

Xəbər verdiyimiz kimi ötən gün futbol üzrə İran kubokunun final oyunu keçirilib.

Həlledici görüşdə Təbriz təmsilçisi “Traktor”la Tehran klubu “İstiqlal” üz-üzə gəlib.

Beş qolun qeydə alındığı matçda Cənubi Azərbaycan klubu 3:2 hesablı qələbəyə sevinib.

Böyük qələbəni küçələrdə qeyd edən azarkeşlər “Qarabağ bizimdir, bizim olacaq!”, “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları səsləndiriblər.