Suareslə “Barselona” arasındakı fikir ayrılığının əsas səbəbi məlum oldu

0
50

“Barselona” klubunun hücumçusu Luis Suares mövsümün sonuna kimi komandada qala bilər.

Məlumata görə, uruqvaylı futbolçu son mövsüm də daxil olmaqla, hətta əgər başqa kluba gedərsə belə müqavilədə qeyd olunan bütün məbləğin ödənilməsini təkid edir.

“Barselona” rəhbərliyi isə hücumçuya pul ödəmək niyyətində deyil, yalnız simvolik məbləğ ödəməklə L.Suaresin “Yuventus”a keçməyinə razıdır.

Qeyd olunur ki, Kataloniya klubu müqavilənin şərtlərinə əsasən, L.Suaresi 2021-ci ilin yay ayına qədər heyətdə saxlaya bilər və mövsümün sonuna kimi meydana buraxmamaq hüququna sahibdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here