Şikayət məktubu-Kim haqlıdır?

0
925

İctimai Nəzarət Koalisiyasının ünvanına daxil olan növbəti şikayət məktubu Bakı şəhərində bir yaşayış binasının I mərtəbəsində qeyri-yaşayış sahəsi yaradılması ilə bağlı tikinti-təmir işlərinə bir neçə bina sakininin narazılığı ilə bağlıdır.

“2019-cu ildə qanunvericiliyin tələblərinə uyğun qaydada Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində yerləşən 24 saylı binanın 11 saylı mənzilini satın aldıqdan sonra Suraxanı Rayon İcra Hakimiyyətinə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə rəsmi ərizə ilə müraciət etdim. Həmin ərizəmə əldə etdiyim mənzildə planlaşdırdığım tikinti-təmir işlərinin lahiyəsini də əlavə etdim. Suraxanı Rayon İcra Hakimiyyətinin 14 oktyabr 2019-ci il tarixli 164 saylı sərəncamına əsasən xüsusi mülkiyyətimdə olan mənzilin təqdim etdiyim memarlıq-planlaşdırma bölməsinə uygun olaraq qeyri – yaşayış sahəsinə keçirilməsi qərara alındı.
2019-cu ilin əvvəllərində təsdiq edilmiş layihəyə uygun olaraq tikinti-təmir işlərinə start verildi. Tikinti-təmir işlərinə başlayandan həmin binanın 14 saylı mənzilinin sakini Məmmədova Almaz adlı şəxs həmin binanın 4(dörd) sakini ilə birləşərək və faktiki bu qrupa rəhbərlik edərək təmir işlərinə müdaxilə edərək, sahibkara süni problemlər yaradırlar. Səbəb kimi sakinlər guya təmir işləri nəticəsində onların mənzillərinə ziyan vurulduğunu qeyd edirlər. Sahibkar olaraq qonşu sakinlərlə danışıqlar zamanı onların mənzillərinə dəyən ziyanı ödəməyə hazır olduğumu dəfələrlə bildirmişəm. Eyni zamanda özüm sakinlərə bildirmişəm ki, mütəxəssis rəyi alaraq, məhkəmə qaydasında sahibkardan dəymiş ziyanın ödənilməsini tələb etmək hüquqları var. Lakin görünən odur ki, Məmmədova Almaz xanımın rəhbərlik etdiyi qrupun məqsədi sahibkardan şantaj yolu ilə böyük məbləğdə vəsaitə yiyələnməkdir.5 aydan artıq davam edən bu qarşıdurmada guya ki, zərərçəkmiş hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməyən sakinlər ayrı üsuldan istifadə etməyi məqbul sayıblar. Belə ki, “cebhe.info.az” adlı geniş ictimaiət kütləsi tərəfindən tanınmayan, heç bir mənbədə ünvanı,telefon nömrəsi,redaktorun adı və haqqlarında digər bir məlumat olmayan bir saytda dəfələrlə bu məsələ ilə bağlı sifarişli məqalə yazdıraraq ,sahibkara və rayonun icra bəşçısına şər-böhtan ataraq,həqiqətə uygun olmayan məlumatlar yazaraq, sahibkarin və eyni zamanda icra başçısının şərəf və ləyaqətini alçaldaraq,işgüzar nüfuza ziyan vurmaqla məşğuldurlar. Ümumiyyətlə isə nəticə olaraq sakinlərin bu hərəkətləri nəticəsində aprel ayında bitirilməsi planlaşdırılan bu təmir işləri bu günə gədər tamamlanmayıb və sahibkara dəyən ziyanın məbləği günbəgün artmaqdadır. Özünə hörmət edən KİV orqanı və yaxid internet saytı əks tərəfə də mövqeyini açıqlamaq üçün şərait yaratmalıdır. Saytın əməkdaşları əks tərəflə əlaqə yaratmırlarsa, sahibkarın onlarla əlaqə yaratması üçün internet resurslarında bir məlumat olmalıdır.
Əlavə olaraq bildirirəm ki, 24 avqust 2020-ci il tarixində mən 104 saylı mənzil -istismar sahəsinin rəisinin otağında və bilavasitə rəisin iştirakı ilə Almaz xanımla görüşdüm və söhbət əsnasında hüquqşünas olaraq izahat verdim ki, hesab elədiyi ona dəymiş ziyanı sahibkar tərəfindən ödənilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququ var, lakin şər-böhtan atmaq, həqiqətə uygun olmayan məlumatları saytda yazdırmaq qanunsuzluqdur. Almaz xanım bildirdi ki, sahibkara deyib və bir daha mənə deyir ki, 2000 azn pulun müqabilində o yazılara dayandıracaq. Mən ona məbləğin böyük olduğunu bildirəndə, xanım qeyd etdi ki, bu məbləğ bu gün üçündür, sabaha qalsa artacaq. Xanım eyni zamanda digər ’’iş yoldaşlarının da” (digər sakinlərin) maraqlarını unutmamağa çağırdı məni. Təqribən özü ilə birlikdə 5 nəfər üçün 15000 manata yaxın vəsait istədi. Bu pulun müqabilində sahibkarın təmirlə bağlı problemi olmayacağına söz verdi.

Qoşma – l.-Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 164 saylı sərəncamının sürəti,
2.mənzilə və qeyri-yaşayış sahəsinə dair çıxarışlar
3.qeyri-yaşayış sahəsinin texniki pasportu
4.icra hakimiyyəti tərəfindən təsdiqlənmiş eskiz layihə
5.”cebhe.info” saytında dərc olunan məqalə
Saytınızın əməkdaşları yerində video və foto çəkilişləri apardıqda əmin olacaqlar ki, sahibkar texniki pasportdakı cizgidən və İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədən bir sm belə kənarlaşmayıb. Bu baxımdan cebhe.info saytında yazılan məqalə həqiqətə uyğun deyil, şər və böhtandır.
Hörmətlə Qənbərov Rəsul Namiq oğlunun
Etibarnamə üzrə nümayəndəsi Məmmədov İlqar Rafiq oğlu”

Əlaqədar orqanların bu məsələ ilə bağlı ciddi araşdırmalarının nəticələri barədə də tezliklə məlumat verəcəyik.

“ictimaixeber.az”