Şəhər merinin ürəyini mücrüdə saxladılar – FOTO

0
262

Belçikanın Vervye şəhərində fəvvarənin təmiri zamanı işçilər içərisində şəhərin ilk merinin ürəyi olan mücrünü tapıblar.

Kiçik sink qutu fəvvarənin konstruksiyasının daşlarının birinin altında gizlədilibmiş.

Mücrünün üzərində olan qravyuraya əsasən, qutu fəvvarəyə 1883-cü ildə yerləşdirilib.

Məlumata görə, mer Pyer David 1839-cu ildə vəfat edib, lakin qədirbilən vətəndaşlar onun ürəyini bu formada əbədiləşdirmək qərarına gəliblər.