Rusiyadan ixrac edilən məhsullarda koronavirus aşkarlanıb

0
49

Çinin Çançun şəhərində Rusiyadan idxal olunan dondurulmuş dəniz məhsulları paketinin üzərində koronavirus tapılıb.

Bildirilir ki, virus adi yoxlama zamanı aşkarlanıb. Yerli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi infeksiya barədə ilkin nəticəni təsdiqləyib.

Eyni yükdən bir qisim məhsul Fuyuy şəhərinə də göndərilib. Qablaşdırma ilə təmasda olanlardan bu barədə səlahiyyətlilərə məlumat vermələri və koronavirus testindən keçmələri istənilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here