Qubanın kəndində yaşayış evi yaxınlığında ot tayaları yanır

0
531

Qubanın ucqar Muçu kəndində yanğın hadisəsi baş verib.

Qubanın ən ucqar və rayon mərkəzindən 80 kilometr məsafədə yerləşən kənddə ot tayaları yanır.

Hadisə kənd sakini Yarqulu Gülməhəmməd oğlu Şahverdiyevə məxsus yaşayış evinin həyətində baş verib. Yanğın barədə Quba Yanğından Mühafizə Xidmətinə məlumat verilib, hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib.

Yerli sakinlər yanğını qonşuların köməkliyi ilə söndürməyə cəhd edirlər. Havanın küləkli olması alovun güclənməsinə şərait yaradır.