Nebahet Çehre dünya şöhrətli azərbaycanlı ilə inanılmaz layihə hazırladı – FOTO

0
508

Həm aktrisalığı, həm də özünəməxsus tərzi ilə hər zaman diqqət mərkəzində olmağı bacaran Nebahet Çehre bu dəfə dünyaşöhrətli azərbaycanlı dizayner Rüfət İsmayılla birgə hazırladığı yeni layihəsi ilə gündəm yaradıb.

76 yaşlı sənətçi “Afffair” brendi ilə birgə 52 nümunədən ibarət kapsul kolleksiyası hazırlayıb. Öz hazırladığı əlbisələri öz üzərində nümayiş etdirən ulduz gənc qızlara meydan oxuyub.

“Çəkiliş üçün 10 geyim dəyişdim, amma heç yorulmadım. Böyük zövq aldım. Enerjim yüksək idi. Bu kolleksiya yaşı olmayan və hər daim şıq, baxımlı və zərif görünmək qadınlara ünvanlanıb. Eskizlər hazır olmazdan əvvəl sifarişlər gəlməyə başladı, çox xoşbəxt oldum. Kolleksiya 18 sentyabrdan onlayn satışa çıxarılacaq.

Karantin müddətində içimdə birdən çox qadın kəşf etdim, kolleksiya da bu şəkildə ortaya çıxdı. Əvvəllər mağazam var idi, sektora yad deyiləm. Evdə keçirdiyim günlərdə köhnə moda eskizlərimi tapdım. Sonra Rüfət İsmayıla göstərdim, çox bəyəndiyini söylədi. Əlavələr edərək ortaq bir kolleksiya ərsəyə gətirdik”.

Qeyd edək ki, Rüfət İsmayıl ilk və hələlik yeganə Azərbaycan və türk dizayneridir ki, onun kolleksiyaları moda dünyasının ən sanballı podiumları sayılan İtaliya, Dubay, Türkiyə, İran, Beyrut və Nyu-York moda həftələrində nümayiş etdirilib. R.İsmayılın kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında – “Pitti Uomo” sərgisində də təqdim olunub. “Fashion TV” kanalı isə onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri hesab edib.

Beyonse, Cey Lo və Avril Lavin kimi dünya ulduzları Rüfət İsmayılın brendinin pərəstişkarlarıdır.