Nərimanovdakı qəzalı binanın sakinləri hələ də köçürülməyib – VİDEO

0
235

Nərimanov rayonu Malik Məmmədov 28 ünvanında yaşayan sakinlər bir neçə ay əvvəl yaşadıqları evlərin onların məzarına çevrilə biləcəyini deyirdilər.

O zaman söz verilmişdi ki, yaxın zamanda sakinlər qəzalı vəziyyətdə olan evlərindən köçürüləcək. Amma aylar sonra yenidən həmin ünvanda olan zaman məlum oldu ki, heç nə dəyişməyib.

Ərazidə tikinti işləri aparan “Komfort həyat” tikinti şirkətindən bildirildi ki, ərazidən xəbərləri var və hissə-hissə həmin ünvandakı sakinlər də köçürüləcək. Binanın indiki vəziyyətinə gəlincə, hər an çökə bilər və onlarla insan həyatını itirə bilər. Ümid edirik ki, ağır nəticələrə səbəb olmadan məsələ həllini tapacaq.