Moskvada bu tarixdən kütləvi peyvəndləmə başlayır

0
255

Moskva sakinlərinə koronavirusa qarşı peyvəndlərin kütləvi verilməsinə 2020-ci ilin sonundan etibarən başlanılacaq.

Bunu Moskva meri Sergey Sobyanin deyib.

“Peyvəndin bir neçə partiyası bu ilin sonundan etibarən gələcək. Çox güman ki, onlar risk qruplarında olan vətəndaşların vaksinlənməsi üçün göndəriləcək. Bu siyahıda səhiyyə, təhsil, ticarət, mənzil-kommunal xidmətləri, hüquq-mühafizə orqanlarında çalışan vətəndaşlar və ön cəbhədə işləyən bəzi jurnalistlər yer alıb”, – Sobyanin bildirib.

Onun sözlərinə görə, ilin sonuna qədər peyvəndin sənaye istehsalının mümkün olacağı gözlənilir.