Millimizin üzvü Almaniya çempionu oldu

0
39

Şahmat üzrə Azərbaycan millisinin üzvü Arkadi Naydiç Almaniya çempionu olub.

35 yaşlı qrossmeyster buna “OSG Baden-Baden” komandasının heyətində yiyələnib.

Naydiçin komandası sonuncu – 7-ci turda heyətində Şəhriyar Məmmədyarovun da yer aldığı “Vernhaym”ı üstələyib – 4.5:3.5.

Məmmədyarov son görüşdə ABŞ-ın tanınmış şahmatçısı Fabiano Karuana ilə heç-heçə edib – 0,5:0,5. Naydiç isə latviyalı İqor Kovalenkoya qalib gəlib – 1:0.

Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran “OSG Baden-Baden” çempionatda maksimum nəticə ilə qalib olub. Rəqibindən 2 xal az toplayan “Vernhaym” gümüş medal qazanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here