Millimizin qalib gəldiyi rəqiblə cavab oyununun vaxtı bilindi

0
104

21 yaşadək futbolçulardan ibarət komandamızın (U-21) növbəti oyununun başlanma vaxtı müəyyənləşib.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Slovakiya – Azərbaycan oyunu  yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 18:30) başlayacaq.

Qeyd edək ki, U-21 millimiz ötən il Bakıda bu rəqibinə 2:0 qalib gəlib. Hazırda hər iki komandanın aktivində altı xal var. Budəfəki qarşılaşma Nitra şəhərindəki eyniadlı stadionda keçiriləcək.