Milli komandamız Maksim Medvedevin yeganə qolu ilə qələbə qazandı – YENİLƏNİB + FOTO/VİDEO

0
319

UEFA Millətlər Liqasının C Divizionunun 1-ci qrupu çərçivəsində keçirilən Kipr – Azərbaycan oyunu millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə yeganə qolu kapitanımız Maksim Medvedev 29-cu dəqiqədə vurub. Bununla da millimiz Kiprlə ilk rəsmi görüşündən qalib ayrılıb. Bu həm də baş məşqçi Canni De Byazinin yığmamızla ilk qələbəsi olub.

Qrupun digər matçında Lüksemburq Monteneqroya ilə 0:1 uduzub. Hazırda komandamız üç xalla qrup üçüncüsüdür.

23:34

Kipr – Azərbaycan oyununda ilk hissə başa çatıb.

Milli komandamız fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

23:14

UEFA Millətlər Liqasının II turunda keçirilən Kipr – Azərbaycan oyununda hesab açılıb.

Oyunun 29-cu dəqiqəsində komandamızın kapitanı Maksim Medvedev qol vurub. Hesab 0:1 millimizin xeyrinədir.

22:47

UEFA Millətlər Liqasının II turunda keçirilən Kipr – Azərbaycan oyunu start götürüb.

09:21

Bu gün Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirəcək.

C liqasının 1-ci qrupunda yer alan millimiz II tur çərçivəsində Kiprlə qarşılaşacaq.

Turnirə məğlubiyyətlə başlayan Canni de Byazinin yetirmələri birinci səfər matçına çıxacaq.

Evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan komandamız ilk xal üçün mübarizə aparacaq.

Qrupun digər matçında Lüksemburqla Monteneqro üz-üzə gələcək.

Millətlər Liqası

II tur, 8 sentyabr

C liqası, I qrup

22:45 Kipr – Azərbaycan

Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferents, Boris Marhefka (hamısı Slovakiya)

Nikosiya. GSP stadionu

22:45 Lüksemburq – Monteneqro