Meşələrlə bağlı ən problemli rayonların adları açıqlandı

0
98

“Meşələrin qırılması ilə bağlı problemli rayonlar var. Bunlar əsasən Oğuz, Qəbələ, İsmayıllı və Lerik rayonlarındakı meşə əraziləridir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

Onun sözlərinə görə, Lerik rayonunda əsas yaşayış məntəqələrinin meşənin içərisində yerləşməsi və qazlaşdırmanın zəif olması ağacların qırılmasına səbəb olur:

“Nə qədər çox kənd və rayon maye qazla təmin olunsa, meşə qırıntısı bir o qədər azalar”.

“2017-ci ildə meşələrdə qanunsuz olaraq 55-56 min kubmetr, 2018-ci ildə 28 min kubmetrdən çox, 2019-cu ildə 18 min kubmetrdən yuxarı ağac qırılıb. Bu ilin əvvəlindən indiyədək olan dövrdə bu rəqəm 6600 kubmetr olub”, – deyə N.Xıdırov əlavə edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here