Lalə Azərtaş ATV-dən ayrıldı? – Özü danışdı

0
265

Mən 18 ildir ATV kanalında çalışıram, lakin bu o demək deyil ki, daha 18 il də burada çalışmalıyam. Biz hər birimiz özümüzə bir hədəf, istiqamət seçirik və o istiqamətdə hərəkət edirik. Təbii ki, qarşımıza qoyduğumuz hədəfə doğru irəlilədikcə iş yerlərini dəyişməyimiz normaldır.

Bu sözləri açıqlamasında ATV-nin “Xəbərlər” proqramının aparıcısı Lalə Azərtaş sosial şəbəkələrdə telekanalla yollarını ayırıb Xəzər TV-yə keçməsi haqda yayılan xəbərləri şərh edərkən deyib.

O bildirib ki, 18 il kifayət qədər uzun zamandır:

“Mən bu 18 il ərzində ATV kanalında xəbər aparıcısı kimi formalaşmışam. ATV təkcə mənim iş yerim yox, doğma evimdir. Bu kanalın işçiləri mənim ailəmdir. Sosial şəbəkələrdə “Lalə Azərtaş da “Xəzər”i seçdi” başlıqları ilə xəbər yayılıb. Bu gün Xəzər TV-ni seçən aparıcılarımız çoxdur. Bu kanalın rəhbəri xalqın sevimlisi, xalq artisti Murad Dadaşovdur. O, Xəzər TV-yə rəhbər seçildiyi zaman buna çox sevinmişdim.

Mən demirəm ki, gələcəkdə Xəzər TV-də işləməyəcəm, çünki sabah nəyin necə olacağını demək çətindir. Lakin mənim bu şayiələr üçün indiki cavabım belədir: Dəyərli izləyicilərim, hər birinizi həftənin 3-cü günü saat 20:30-da ölkənin ən baxımlı xəbər buraxılışı olan “ATV xəbər”də gözləyirəm”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here