Koronavirusa yoluxanların əksəriyyətində immunitet yarandığı təsdiqləndi

0
226

 

ABŞ-ın Oksford Universitetinin alimləri koronavirusa yoluxanlarda əksər hallarda immunitet yarandığını sübut ediblər.

Məlum olub ki, patogen immun sisteminin bərpasına təşviq edən və sonrakı infeksiyalara qarşı qorunma təmin edən T hüceyrələri istehsal edir.

Bunun üçün ağır vəziyyətdə olan 14 COVID-19 xəstəsinin və yüngül simptomları olan 28 insanın qan nümunələri analiz edilib. Aydın olub ki, sağalanlar xəstəliyin şiddətindən asılı olmayaraq infeksiyadan sonra iki ay ərzində T hüceyrə yaddaşını qoruyub saxlayırlar.