Kinosevərlərlə kitabsevərləri nə birləşdirir? – Birlikdə tapaq! – VİDEO

0
48

“Mədəniyyət” kanalında daha bir yeni layihə başlayır.

“Kinokitab” adlı veriliş sentyabrın 19-u saat 20:50-də efirdə olacaq. Maarifləndirici xarakterli layihənin məqsədi kinosevərlərlə kitabsevərlərin ortaq nöqtəsini tapmaqdır. Fərqli bədii quruluşda həftədə bir dəfə efirə çıxacaq verilişdə dünya və Azərbaycan ədəbiyyatından nümunələr tamaşaçıya vizual effektlərlə təqdim olunacaq.

İlk verilişdə yazıçı Anarın “Taksi və vaxt” əsəri maraqlı vizual quruluşda təqdim olunacaq. Layihədə əsasən qısa ədəbi əsərlər 20-25 dəqiqə ərzində tamaşaçıya xoş anlar yaşadacaq.

Verilişin ikinci sayında Lev Tolstoyun “Üç sual” əsəri fərqli quruluşda kitab və kinosevərlərə təqdim ediləcək.

“Kinokitab”ın ssenari müəllifi və aparıcısı Kamal Yaşar, rejissoru isə Əməkdar artist Bəhruz Vaqifoğludur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here