İtaliya parlamentində yerlərin üçdə biri azaldılacaq

0
47

 

İtaliyada keçirilən referendumda səs verənlərin 60 faizi parlamentin üçdə bir hissəsinin ixtisar edilməsini dəstəkləyib.

Keçirilən “exit poll”un ilkin nəticələri bunu söyləməyə əsas verib.

Qeyd olunur ki, insanlar konstitusiyanın üç maddəsinin dəyişilməsinə səs veriblər. Bu isə parlamentin hər iki palatasında parlamentarilərin sayının azaldılması anlamına gəlib.

Səsvermə iştirakçılarının 60-64 faizi parlamentdə yerlərin sayının 945-dən 600-ə endirilməsini istəyib, 36-40 faizi isə əksinə səs verib.

Səsvermənin rəsmi nəticələrinin tezliklə açıqlanacağı gözlənilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here