İran İMF-dən 5 milyard istədi, ABŞ qoymadı – Ruhani

0
182

İran iqtisadiyyatı sanksiyalar altındadır.

Bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Bu şərtlərdə belə ABŞ dərman vasitələrinə qarşı tətbiq etdiyi məhdudiyyətləri ləğv etmədi. Hazırkı ABŞ rəhbərliyi insanlıqdan çox uzaqdır. Qonşu ölkələrdə bloklanmış maliyyə mənbələrimiz var.

ABŞ onları təhdid etdiyi üçün bizə təslim edilmir. Bundan başqa, İran Beynəlxalq Valyuta Fondundan (İMF) 5 milyard dollarlıq kredit istəsə də, Vaşinqton rəhbərliyi buna imkan vermədi”, – prezident bildirib.