İnsanlar üçün ən bədbəxt yaş həddi açıqlandı

0
297

ABŞ-dakı Dartmutsk Kolleci və Milli İqtisadi Tədqiqatlar Bürosunun alimləri insan həyatının ən bədbəxt yaş dövrünü açıqlayıblar.

Onlar bu yaş dövrünün 47-48 yaş arasında olduğu qənaətinə gəliblər.

Alimlər 132 ölkədən fərqli yaşda olan insanların həyatdan məmnunluq səviyyələrini ölçmək üçün sorğu keçiriblər.

Sorğuya görə, ən xoşbəxt yaş dövrünün 18-20 yaş arasında olduğu məlum olub. Sonra vəziyyət getdikcə daha da pisləşib və təxminən 47-48 yaşlarında pik həddə çatıb.

Bu yaş böhranı müxtəlif ölkələrdə fərqli göstəricilərə malikdir.

Belə ki, inkişaf etmiş ölkələrdə insanlar 47 yaşında, inkişaf etməkdə olan ölkələrdə 48 yaş, Rusiya, Çin və Meksikada – 43 yaşında böhran keçirirlər.

Bu ruh düşkünlüyü 60 yaşına qədər davam edir, bundan sonra vəziyyət düzəlməyə başlayır və 70 yaşında insanlar yenidən həyatdan zövq almağa başlayırlar.

Tədqiqatçılar bunun xarici amillərdən asılı olmadığını, ancaq vücuddakı biyokimyəvi proseslər və hormon səviyyəsinin nəticəsi olduğunu iddia edirlər.