İNK Masallıda

0
199

Dünən İctimai Nəzarət Koalisiyasının İdarə Heyətinin iştirakı ilə Masallı Regional təşkilatın növbəti iclası keçirildi.İclasda İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov, aparat rəhbəri Aygül Bağırova və Cənub Regional təşkilatının sədri Məhəmməd Məmmədov iştirak edib.İclası giriş sözü ilə açan təşkilatın sədri Rasim Məmmədov çıxış edərək bildirib ki, “İctimai Nəzarət Koalisiyası” Vətəndaş Platformasının ətrafında Ümummilli Lider Heydər Əliyev siyasətinə və Prezident İlham Əliyevə, Azərbaycan xalqına, millətinə sadiq ziyalılarımız, iş adamları və digər vətənpərvər insanlar cəmləşib: “İctimai Nəzarət Koalisiyası” nin məram və məqsədi müstəqil dövlətimizin möhkəmləndirilməsi və inkişafı naminə şəffaflığın artırılması, korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığına qarşı ölkə Prezidentinin apardığı mübarizədə vətəndaş həmrəyliyi nümayiş etdirməkdir.Bu gün Nadir Abıyevin Masallı Regional təşkilatına sədr seçilməsi onun Masallı rayonunda 17 illik rəhbər vəzifə tutduğu dövrdə vətəndaşlar arasında qazandığı yüksək nüfuz və daim dövlətə dövlətçiliyə sadiq olmasıdır ki, N.Abıyev qısa müddət ərzində müxtəlif sahələr üzrə 10 departament yaradaraq rayonun ziyalı və dövlətə sadiq 100 ə yaxın vətənpərvər vətəndaşını ərtafına toplamışdır.
Çıxışın sonunda R.Məmmədov Ölkə Başçısının cağırışına səs verərək qısa müddət ərzində etdiyi təşkilatçılığa görə Nadir Abıyevə yeni təyin olunmuş vəzifə sahiblərinə və İdarə Heyətinin üzvlərinə bu çətin, lakin şərəfli işlərində müvəffəqiyyətlər diləyərək, Departament sədrlərinə vəsiqələr təqdim edilib. p

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here