Hər deputatın 3-5 könüllüsü ola bilər

0
92

Milli Məclisin payız sessiyasında “Deputat könüllüləri” layihəsinin icrası, Parlament könüllülərinin yaradılması istiqamətində tədbirlər, habelə şəhid ailələri, müharibə veteranları, Azərbaycan Gənc Müəllimlər Asossiasiyasının üzvləri, əsgərlər və idmançılarla bir sıra görüşlər planlaşdırılır.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən, bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında komitə sədri Adil Əliyev deyib.

O bildirib ki, komitə üzvləri, eyni zamanda, işğal altında olan ərazilərimizdə vəziyyətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində aktiv fəaliyyət göstərəcəklər.

Komitə sədri qeyd edib ki, millət vəkillərinin yerlərdə könüllülərinin olması, hər bir deputatın ən az 3-5 könüllünü seçməsi çox müsbət hal olardı.

“Ümumilikdə, 125 deputatın bir yerdə mindən artıq könüllüsünün olması, onların da dövlətin, dövlətçiliyin inkişafında, möhkəmləndirilməsində fəaliyyətə cəlb edilməsi çox vacibdir”, – deyə A.Əliyev məlumat verib.

İclasda komitənin 2020-ci il yaz və növbədənkənar sessiyalarında fəaliyyəti məqbul sayılıb, payız sessiyasının iş planı təsdiqlənib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here