Eşitmə məhdudiyyətli uşağın ilk dəfə səs eşitdiyi anla bağlı təsirli VİDEO

0
534

Sosial şəbəkələrdə eşitmə məhdudiyyəti ilə doğulan körpəyə qulaq aparatı taxıldıqdan sonra ilk dəfə səsi eşidəndə göstərdiyi duyğulu reaksiya ilə bağlı görüntülər yayılıb.

Kadrları uşağın valideynləri paylaşıb.

Məlumata görə, ABŞ-ın Mançester şəhərindən olan Tiffani Rou və əri Con 10 ildir ki, Keniyadayda yaşayırlar. Onların üç övladı var. Qızlar sağlam olsalar da, oğlu Saul eşitmə məhdudiyyəti ilə dünyaya gəlib.

Görüntülər Conun özünü oğluna tanış etməsi ilə başlayır. “Mən atanam” dedikdən sonra Soul gözlərini qaldırıb təəccüblə ona baxmağa başlayır.

Sonra Tiffani də söhbətə qoşulur: “Mən ananam. Salam. Sən ananı eşidirsən?”

Kadrlarda görünür ki, uşaq səsi eşidəndə o qədər həyəcanlanır ki, hətta ağlamağa hazırlaşır. Ancaq anasının məlahətli səsi onu sakitləşdirir.

Təsirli anlarla bağlı görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.