Ermənistanda yoluxma artdı, daha 5 nəfər öldü

0
370

Ermənistanda son sutkada koronavirusa yoluxmada artım qeydə alınıb.

Son sutkada Ermənistanda 187 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib, 5 nəfər isə bu xəstəlikdən ölüb.

Qeyd edək ki, ötən gün yoluxma sayı 172 olub. Son sutkada sağalma sayı isə azalıb və 54-ə enib.

Ümumilikdə koronavirusdan 916 erməni ölüb, koronavirusa yoluxan daha 281 erməni isə paralel xəstəlikdən ölüb.